İnsanlar sevgi üçün nələri qurban verirlər?

Sevgi üçün nədən imtina edərdiniz?

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Sevgi üçün nədən imtina edərdiniz?

Yaponiya şahzadəsi Mako əsli-nəcabəti olmayan biriylə nişanlandığını açıqlayıb. Bu da yapon qanunlarına görə, kral adlarından imtina etmək deməkdir.

Bəzilərimiz belə bir vəziyyətlə qarşılaşmaya bilərik, ancaq bir çox insan sevgi uğrunda fədakarlıqlar edir.

line

Ailəsini tərk edib

Anya, Duncan ilə Glasgow Universitetində tanış olduqdan sonra ailəsini və hər şeyi tərk edib.

Anya və Duncan-nın evləndiyi gün

Şəklin mənbəyi, Anya Jameson

Şəklin alt yazısı,

Anya və Duncan-nın evləndiyi gün

Anya (Duncan ilə əlaqə saxlaya bilməsi üçün istifadə etdiyi qondarma ad) Glasgow-da çox dindar bir ailədə böyüyüb. BBC-yə verdiyi açıqlamada "Sevgi ilə qurulan bir münasibət mənim həyatımda seçim deyildi. Ya da mən elə fikirləşirdim", deyir.

Duncan ilə tanışlıq hər şeyi dəyişdirdi.

"Necə bir vəziyyətə düşdüyümdən xəbərsiz idim".

Anya evi tərk edərək sevgisinin arxasınca getməyə qərar verir.

Anya-nın ailəsi isə onu evə geri qaytarıb. O, dərmanla halsızlaşdırıldığını deyir.

Universitetdəki məsləhətçinin köməyilə Anya Niderlanda qaçmağa nail olur. Duncan onu hava limanına gətirir.

"Duncan məndən ailəmdən ona görə imtina etmədiyimə dair and içməyimi istədi. Çünki bu qədər çox ağrının səbəbkarı olmaq istəmirdi", Anya deyir.

"Onun üçün qaçmırdım. Amma istəyir bəyənsin, istəyir bəyənməsin, işin içində o da var idi. Çünki mənə sevgini o göstərmişdi. Sevgi azadlığa bərabərdir, amma mən azad deyildim".

Anya bir neçə ay sonra Glasgow-a qayıdan zaman ailəsi ilə barışmağa cəhd göstərib.

Böyük qardaşı Bangladeşdə evlənirdi, ailəsi onun da toyda iştirak etməsini istəyir. Anya Banqladeşə gedir və burada zorla saxlanılır.

"Sakitcə məni və özlərini öldürməkdən danışırdılar."

Anya Böyük Britaniya səfirliyinə sığınır və bir daha ailəsini görmür.

Anya ailəsindən qaçdıqdan 5 il sonra Duncan ilə evlənir.

"Evimiz deyə biləcəyim bir yerə köçdük. Orada 10 il yaşadıq və 3 uşağımız oldu. Hələ də Duncan-la birgəyik."

line

"Müsbət enerjisinə vuruldum"

Pnicha ve Lee

Şəklin mənbəyi, Pnicha Kerdphol

Şəklin alt yazısı,

Pnicha və Lee universitetdə oxuyarkən tanış olublar

Pnicha Kerdphol imkanlı bir tailand ailəsində doğulub və böyüyüb.

"Banqkokda böyüyən zaman mənə qulluq göstərən xidmətçilərim və sürücülərim var idi", o BBC-ə bildirib.

"Rahat bir həyatımın olduğunu deyə bilərəm".

Pnicha Londonda ali təhsil almaq üçün 2014-cü ildə Banqkoku tərk edib. O, Lee ilə də Londonda tanış olub.

"Lee-nin müsbət enerjisinə vurulduğum üçün Banqkoku tərk edib Londonda yeni bir həyata başlmaq qərarına gəldim".

Pnicha necə böyüdüyünü eşidəndə insanların təəccübləndiyini deyir.

"Bu, kənddən gələn kasıb bir qızın zəngin qərbli kişi ilə evlənməsi deyil. Mənim hekayəm tamamilə fərqlidir."

Pnicha ailəsini təəccübləndirərək küçə yeməkləriylə əlaqəli bir iş qurub.

"Bu qədər zəhmət tələb edən bir iş seçəcəyimi ağlıma belə gətirməzdim".

Pnicha qəlbinin səsinə qulaq asaraq doğru qərar qəbul etdiyini deyir.

line

Bir arzunun arxasından getməməyin peşmanlığı

Natasha Stubbs

Şəklin mənbəyi, Daniela Paiewonsky

Şəklin alt yazısı,

Natasha Stubbs

Natasha Stubbs New York-da gələcəyi olan bir aktrisa idi. Lakin bir tətil həyatını tamamilə dəyişdi.

1999-cu ildə Natasha "Yeni il bayramını qeyd etməmək üçün" Dominik Respublikasına gedir.

Həmin vaxt 26 yaşında olan Natasha bir mərasimə dəvətsiz qonaq kimi daxil olur və Fidias ilə tanış olur.

6 ay sonra Natasha və Fidias artıq evlənmişdilər. Onlar üç həftəni birgə keçirirlər. Natasha musiqiçi olan Fidias ilə "öxşar yolları seçməklərindən" danışır.

Fidias Natasha ilə yaşaya bilmək üçün New York-a köçməyi planlaşdırır, lakin iki il sonra Fidias-ın qrupu dağılır və ailə biznesində işləməyə qərar verir.

Natasha bir çox variantları nəzərdən keçirir.

"Gördüm ki, işlərin yolunda getməsi üçün ikimizdən birimiz fədakarlıq göstərməliyik", Natasha BBC-ə deyib.

Natasha Santo Domingo-ya köçür. 16 illlik evlilikdən sonra 3 uşağı olan Natasha və Fidias boşanmağa qərar verirlər.

Arxasına dönüb baxan zaman Natasha "xoşbəxt günlər" görür, amma heç vaxt bir-birlərinə uyğun olmadıqlarını etiraf edir.

Lakin Natasha 3 uşağını "sevdiyini" və onlara görə peşiman olmadığını deyir.

Natasha arzusunun dalınca getmədiyinə görə peşmandır və Santo Domingo-da özünü küncə sıxılmış kimi hiss edir.

"Hər şeyi yenidən başlamaq haqqında düşünmək insana əziyyət verir."

line

George Pierpoint, UGS və Sosial media heyəti

line