Elman Abdullayev: "Suriyaya mallar daşımaq üçün Azərbaycana müraciət olmayıb"

Elman Abdullayev: "Suriyaya mallar daşımaq üçün Azərbaycana müraciət olmayıb"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Suriyaya Azərbaycan vasitəsilə hər hansı malların daşınması üçün müraciətlərin olmasını təkzib edib.

Onun sözlərinə görə "mediada spekulyasiya"lar olsa da, Azərbaycan Suriyaya dizel yanacağı və digər mallar satmayıb.

"Azərbaycana heç bir zaman müraciətlər daxil olmayıb, nə Suriya tərəfindən, nə də Rusiya tərəfindən", cənab Abdullayev deyib.

Ötən ay "Suriya münaqişəsinə imkan yaradanlar" adlı hesabatda Human Rights First adlı təşkilat Azərbaycanı Suriya münaqişəsində üçüncü tərəf kimi qeyd edir.

Hesabata əsasən Rusiyadan Suriyaya ötürülən mallar Azərbaycan və İran vasitəsilə aparılıb.