Trump-dan Erdoğana məktub: "Axmaqlıq etmə, gəl razılaşaq, sənə sonra zəng edəcəm"

Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-ın məktubunu "unutmadığını" bildirib.

"Əlbəttə, biz bunu unutmadıq. Unutmaq düzgün deyil, amma qarşılıqlı sevgimiz və hörmətimiz bunun gündəmdə qalmasına izn vermir. Bu mövzunu bugünki məsələmiz və prioritetimiz olaraq da görmürük. Vaxtı, zamanı gələndə bu məsələ ilə bağlı lazım olanın ediləcəyinin bilinməsini istəyirik", deyə cənab Erdoğan cümə günü İstanbulda jurnalistlərə deyib.

Ötən gün ABŞ Prezidenti Donald Trump-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb.

BBC-nin əldə etdiyi məlumatda deyilir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-ın məktubunu "zibilə atıb".

Məktubun alındığı gün Türkiyə Suriya sərhədini keçərək kürd silahlılarına qarşı hərbi əməliyyat həyata keçirib.

Məktub nə barədə idi?

İlk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Trump-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Erdoğana "ağır" məktub yazdığını bildirib.

Trump daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Respublikaçı Kevin McCarthy-den məktubun nüsxəsini iclasdakılara paylamasını istəyib.

Paylaşımını ötürün Twitter, 1
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Paylaşımın sonu Twitter, 1

Trump məktubda Erdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Dikbaş olma. Axmaq olma! Sənə sonra zəng edəcəyəm" deyib.

Trump öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.

ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, AFP

Trump Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:

"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Böyük razılıq əldə edə bilərsiniz. Baş Komandir Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç vaxt etmədikləri güzəştlərə getməyə hazırdır. Mən gizli olaraq yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm".

TRUMP MEKTUP

Şəklin mənbəyi, Reuters

Məktubun üzərində "9 oktyabr, 2019" tarixi qeyd olunur. Bu tarix Türkiyənin Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin nəzarəti altındakı ərazidə təhlükəsiz ərazi yaratmaq üçün başlatdığı "Barış Pınarı Hərəkatı"na başladığı günə təsadüf edir.

Türkiyə prezidentinə yaxın mənbələrdən BBC-yə verilən məlumatda deyilir ki, cənab Erdoğan məktubu "tamamilə rədd edib və zibilə atıb".

Əsas hissəsini kürd qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada başda ABŞ olmaqla Qərbin, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İŞİD) ilə mübarizəsindəki ən əhəmiyyətli müttəfiqidir.

Lakin Türkiyə Suriya Demokratik Qüvvələrini, YPG, PYD-ni PKK-nın bir qolu olaraq görür və "terror təşkilatı" kimi tanıyır.